Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Mart 2022 04:03
Qida orqanizmi həyati vacib maddələrlə təmin edir və həm də orqanizmə müalicəvi təsir edir. Bu səbəbdən həkimlər bir çox xəstəliklər zamanı dərman müalicəsi ilə yanaşı xəstəyə müəyyən pəhriz də təyin edirlər.
Bu tək mədə-bağırsaq sistemi, qaraciyər, böyrəklər və s. orqanların xəstəliklərinə aid deyil. Sinir sistemi xəstəlikləri və pozulmaları zamanı da müəyyən qidaların qəbulu xəstənin vəziyyətini yaxşılaşdıra bilər.
Hazırda bir çox insanlar nevrozdan əziyyət çəkir. Nevroz zamanı bəzi qidaların qəbulu insanın vəziyyətinə müsbət təsir edə bilir. Saglamolun.az Rusiya KİV-lərinə istinadla oxucularını bu qida məhsulları ilə tanış edir.
- Nevrozun səbəblərindən biri orqanizmdə "xoşbəxtlik hormonu" sayılan serotoninin aşağı səviyyədə olmasıdır. Fol turşusu (B9 vitamini) serotoninin ifrazını artırır. Fol turşusunun ən yaxşı mənbələri: banan, kahı, ispanaq, kələmin bütün növləri, qulançar, lobya, sitrus meyvələri, mal qaraciyəri.
- B6 vitamini də serotoninin ifrazını artırır. Dəniz balığı, günəbaxan tumları, fındıq, toyuq əti, mərci, bitki yağları B6 vitamini ilə xüsusilə zəngindir.
- C vitamininin defisiti də nevrozun inkişafına təkan verə bilər. C vitamini ilə zəngin olan qida məhsulları bunlardır: itburnu, kivi, qara qarağat, kələm turşusu, qırmızı bibər, sitrus meyvələri.