Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2019 17:32
"Barselona" "Bavariya"ya icarəyə verdiyi futbolçusu Filipp Koutinyonu yay transfer dönəmində "Mançester Siti"yə təklif etdiyi məlum olub.
Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, ancaq İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu transferə qarşı çıxıb. O, braziliyalı yarımmüdafiəçini komandada görmək istəməyib.
Qeyd edək ki, "Bavariya" Koutinyonu 1 illik icarəyə götürüb. Bunun üçün Münhen klubu 8.5 milyon avro icarə haqqı ödəyib.