Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sobçak mühacirət edir?

Sobçak mühacirət edir?

Tarix: 3 Mart 2022 20:14

Məşhur aparıcı Ksenya Sobçakın Rusiyanın Ukraynaya hücumu ilə bağlı dedikləri başına bəla olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcının ölkədən mühacirət edəcəyi haqda məlumat yayılıb. Hətta Ksenya bu gün İstanbula yola düşüb.

Aparıcı həqiqətən də Türkiyəyə getdiyini təsdiqləyib:

"Hazırda övladımın tətilidir. Ona görə də çoxdan planlaşdırdığımız tətilə gedirik. İzləyicilərimə deyirəm ki, şayiələrə inanmasınlar. Rusam və Rusiya vətəndaşıyam, heç bir yerə getmirəm, başqa bir vətəndaşlığım yoxdur. Ərim Moskvadadır, istəsəniz onun məkanına gedə bilərsiniz. Biz heç bir halda yaşananlara təsir edə bilmərik. Biz ancaq işləməliyik".

Qeyd edək ki, Sobçak müharibə haqda "Səhər 6-da məni yuxudan oyadıblar ki, Sobçak, müharibə başladı. düzdür, bizim torpaqlarımızda deyil. Hamımız bu məsələyə bağlanmışıq. Çıxış yolu yoxdur. Biz rusuk və bu gün yaşananın zülmünü illərlə çəkəcəyik. İndi ən pis ssenarilərə inanacam. Hər zaman optimist olmuşam. İndi Rusiyada qalanlar optimistlər, buranı tərk edənlər isə pessimistlərdir" sözlərini yazıb. Bu fikirlərindən sonra o, müharibəyə qarşı çıxmadığı üçün tənqid edilib.


Etiketlər:  Sobçak mühacirət edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ