Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2022 00:36
Rusiya tankları Ukraynanın cənub-şərqindəki Zaporoje Atom Elektrik Stansiyasının (AES) yaxınlığındakı qəsəbəyə daxil olublar.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyindəki mənbələr "Anadolu" Agentliyinə rusların şəhərciyi ələ keçirdiyini təsdiqləyib.
Hələlik bu barədə rəsmi məlumat verməyib.
Qeyd edək ki, Ukraynanın Enerhodar şəhərindəki Zaporoje AES Avropanın ən böyük atom elektrik stansiyası və dünyanın 10 ən böyük atom elektrik stansiyasından biri kimi tanınır.
Xatırladaq ki, müharibənin ilk günlərində Ukrayna Rusiya qüvvələri ilə şiddətli döyüşdən sonra ölkənin şimalında yerləşən Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti itirib.
Məlumat üçün bildirək ki, ölkədəki dörd obyektdə 15 aktiv nüvə reaktoru olan Ukrayna elektrik enerjisinin təxminən yarısını bu elektrik stansiyalarından təmin edir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 227 mülki şəxs həlak olub, 525 nəfər yaralanıb. Bununla belə, Ukrayna rəsmiləri ölənlərin sayının 2000-dən çox olduğunu bildirir.
BMT həmçinin 1 milyondan çox insanın Ukraynadan qonşu ölkələrə keçdiyini açıqlayıb.