Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı bloqerlər Ukraynadakı müharibəyə görə üzr istəməyə başlayıblar - FOTO

Rusiyalı bloqerlər Ukraynadakı müharibəyə görə üzr istəməyə başlayıblar - FOTO

Tarix: 4 Mart 2022 01:24

Ukraynada müharibənin səkkizinci günündə rusiyalı bloqer və teleaparıcı Viktoriya Bonya hazırda baş verənlərə görə ukraynalılardan üzr istəyib.

O, "Instagram" hesabında mavi və sarı rəngli şəkil yerləşdirərək, "Üzrxahlıq etmək istəyirəm. Səmimi qəlbdən. Bağışlayın", - deyə şərh yazıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Bonyaya "Oryol i Reşka" verilişinin aparıcısı və bloqer Nastya İvleyeva da qoşularaq Rusiya Prezidenti Vladimir Putini müharibəni dayandırmağa çağırıb.

"Biz əsl fəlakətin şahidi olduq. Ukraynada insanlar ölür, şəhərlər dağıdılır, əsgərlərimiz ölür, onların çoxu çox gəncdir, informasiya müharibəsi gedir ki, biz sadə insanlar həqiqəti tapa bilmirik, biz mülki informasiya müharibəsi gedir ki, biz sadə insanlar bir-birimizi lənətləyir, təhdid edir və bir-birimizdən nifrət edirik. Bununla bağlı mən indi öz ölkəmin rəhbərliyinə açıq müraciət etmək istəyirəm. Mən sizi danışıqların ikinci raundunda hərbi əməliyyatlara son qoymağa çağırıram, sizi razılığa gəlməyə çağırıram, insan itkisini dayandıracaq kompromislərə getməyə çağırıram. Mən sizi dayanmağa çağırıram", - deyə o yazıb.


Etiketlər:  Rusiyalı bloqerlər Ukraynadakı müharibəyə görə üzr istəməyə başlayıblar FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ