Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mariupol şəhərinin dəstəklənməsi üçün yalvarıram” - Mer

“Mariupol şəhərinin dəstəklənməsi üçün yalvarıram” - Mer

Tarix: 5 Mart 2022 08:08

Ukraynada Rusiya ordusu tərəfindən mühasirəyə alınan Mariupol şəhərinin əhalisi 5 gündür bombardman altında qalıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu şəhərin meri Vadim Boyçenko bildirib.

Mer qeyd edib ki, təxliyə üçün təhlükəsizlik dəhlizi yaradılmalıdır.

Boyçenko həmçinin, şəhər sakinləri 5 gündür su və işıqsız qaldığını, qida və dərmanlarının tükəndiyini bildirib.

O, şəhərdəki xəstəxanalarda 300 yaralının olduğunu və həkimlərin 9 gündür onların sağlamlıqları üçün mübarizə apardığını, lakin rus əsgərlərinin hətta xəstəxanaları atəşə tutduğunu deyib.

Boyçenko qeyd edib ki, rus ordusunun mühasirəsində olan şəhərdə 400 min insana kömək etmək və bu insanların təxliyəsi üçün təhlükəsizlik dəhlizi yaratmaq istəyir:

"Hərbi dəstəyə ehtiyacımız var, həm dəhlizə, həm də silahların susmasına ehtiyacımız var. Bu gün mən Mariupol şəhərinin dəstəklənməsi üçün yalvarıram".


Etiketlər:  Mariupol şəhərinin dəstəklənməsi üçün yalvarıram


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ