Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 08:28
Futbol üzrə 2028-ci il Avropa çempionatı Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.
Sonxeber.net "Report"a istinadən bildirir ki, Türkiyənin namizədliyini geri götürəcəyi gözlənilir. Bu ölkə 2016 və 2024-cü il çempionatları uğrunda mübarizəni qazana bilmədiyindən, yenə uğursuzluq yaşamaq istəmir. Rusiyanın şansları isə sanksiyalarla üzləşdiyi üçün minimaldır.
Beləliklə, müştərək namizədliyini irəli sürən Böyük Britaniya və İrlandiya digər namizəd ölkələrin rəqabəti ilə üzləşmədən AVRO-2028-in ev sahibliyinə yiyələnəcəklər. Danışıqların formal prosesi 2023-cü ilin sentyabrınadək uzana bilər. Lakin Böyük Britaniya və İrlandiya formal sayılan texniki tələblərə cavab versə, UEFA qərarını daha tez açıqlayacaq.
Qeyd edək ki, Böyük Britaniyaya İngiltərə, Uels, Şotlandiya və Şimali İrlandiya daxildir. İrlandiya isə krallığa daxil deyil. 2024-cü il Avropa çempionatı Almaniyada təşkil olunacaq.