Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çarnayevin edam cəzası bərpa edilib

Çarnayevin edam cəzası bərpa edilib

Tarix: 5 Mart 2022 08:38

2013-cü ildə ABŞ-ın Boston şəhərində terror aktı törətməkdə təqsirli bilinən Coxar Çarnayevin edam cəzası bərpa edilib.

Milli.Az "Report"a istinadən bildirir ki, ABŞ Ali Məhkəməsinin dünən qəbul etdiyi qərara əsasən, çeçen əsilli Coxar Çarnayevə verilən ölüm hökmü icra ediləcək.

Altı hakim ölüm hökmünün bərpasına, üç hakim isə ləğvetmənin saxlanmasına səs verib.

Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın Bostondakı 1-ci Dairə Apellyasiya Məhkəməsi Çarnayevin barəsindəki ölüm hökmünü ləğv edib.

Milli.Az


Etiketlər:  Çarnayevin edam cəzası bərpa edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ