Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur boksçu Rusiyaya qarşı döyüşdə könüllü olmağa hazırdır

Məşhur boksçu Rusiyaya qarşı döyüşdə könüllü olmağa hazırdır

Tarix: 5 Mart 2022 11:08

Ağır çəkidə WBC boks üzrə dünya çempionu Tayson Fyuri ölkəsinin Rusiyaya qarşı müharibəyə daxil olduğu halda ordu sıralarına yazılacağını deyib:

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "İngiltərə və ya ABŞ müharibəyə müdaxilə edərsə, mən ilk növbədə qatılacağam. Atam da, bütün uşaqlar da könüllü olaraq qeydiyyatdan keçəcəyik".

O bildirib ki, hansı ölkədənsinizsə, orada yaşayıb, onu qoruyun.

"Qadınınızı sevin və ölkəniz üçün döyüşün", - Fyuri deyib.

Dünya çempionu ordu sıralarına yazılan ukraynalı tanınmış boksçular Aleksandr Usik və Vasili Lomaçenkonun atdığı addımdan məmnun olduğunu bildirib:

"Bu, fantastik bir şeydir".


Etiketlər:  Məşhur boksçu Rusiyaya qarşı döyüşdə könüllü olmağa hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ