Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaparoje AES-in partlaması Azərbaycana təsir edə bilər - VİDEO

Zaparoje AES-in partlaması Azərbaycana təsir edə bilər - VİDEO

Tarix: 5 Mart 2022 13:00

Ötən gün dünya böyük bir faciənin astanasında idi. Çünki Ukraynanın Zaparoje şəhərində yerləşən, Avropanın ən böyük atom elektrik stansiyasının Rusiya Silahlı Qüvvələri tərəfindən atəşə tutulması, ardından yanğının baş verməsi planet üçün ciddi fəsadlara səbəb ola bilərdi.

Akademik Adil Qəribov deyir ki, 6 enerji blokundan ibarət stansiyanın aktiv zonalarında zənginləşdirilmiş uran mövcuddur. Onun sözlərinə görə, stansiya ətrafında baş verən hadisələr kifayət edir ki, atom reaktoru partlasın.

Akademik bildirir ki, atom elektrik stansiyasında hər hansı bir blokun partlaması Azərbaycana da ziyan vura bilərdi. Bu fəsadların aradan qaldırılmasına isə uzun illər sərf olunmalıdır. Amma Zaparojedəki AES Azərbaycandan uzaqda yerləşdiyindən radiasiya dalğasının ölkəmizdə yayılması ehtimalı azdır.

Qeyd edək ki, hazırda Ukraynada 15 enerji blokundan ibarət 4 Atom Elektrik Stansiyası var. Zaparoje AES 6000 meqavat güclə Avropanın ən nəhəngidir.

Sonxeber.net xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:


Etiketlər:  Zaparoje partlaması Azərbaycana təsir edə bilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ