Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 16:05
Jurnalist, aparıcı Nailə Əsgərzadə sosial şəbəkədə Rusiyanın Ukraynaya hücumu ilə bağlı paylaşım edib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı bir çox dostunun ailəsi ilə birlikdə çemodanlarını hazırlayıb Rusiyadan getmək üçün imkan gözlədiklərini bildirib.
"Bir dostum fevralın 23-dən ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliyinə getdi və oradan qayıtmayacağını dedi. Kimi Gürcüstana, kimi də Qazaxıstana uçub. Hər ehtimala qarşı getdilər" deyə, Nailə vurğulayıb.
Aparıcı hazırda bir çoxlarının saxta məlumatlar yaydığını və insanların qorxduğunu deyib:
"Kimi deyir nüvə, kimi də yazır üçüncü dünya müharibəsidir. Öz düzgün fikirlərini izah edən azdır. Ancaq mən belə düşünürəm ki, indi ruslar üçün ən təhlükəsiz yer elə Rusiyadır. Çemodan yığmıram. Harasa gedəsi olsam, ancaq ölkəiçi olacaq. Məktəblərdə tətildir. İndi bunu çox az adam xatırlayır".