Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Mart 2022 20:42
Ukrayna Prezidenti Volodimir Zelenskinin siyasi karyerasına başlamamışdan əvvəl rol aldığı "Xalqın xidmətçisi" serialına maraq kəskin artıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, xarici teleşirkətlər kütləvi şəkildə 2015-ci ildə işıq üzü görmüş serialı almağa başlayıblar.
Artıq MBC (Yaxın Şərq), PRO TV (Rumıniya), Channel 4 (Böyük Britaniya) telekanalları serialı yayımlamaq hüququnu əldə ediblər.
"Bu, yetərincə köhnə şoudur. Lakin, əlbəttə ki, vəziyyəti nəzərə alaraq, hamıya maraqlı oldu. Zelenskinin oynadığı Prezident - tanınmış liderə çevrilən adi insandır. Volodimir Zelenski və Ukrayna xalqının üzləşdiyi real ssenari bu komediyadan daha ağır olsa da, real dünyadakı vəziyyətlə bağlı aydın paralellər var", - deyə serialın yayılması ilə məşğul olan İsveçin "Eccho Rights" mediaşirkətinin idarəedici partnyoru Nikola Sederlund bildirib.
Qeyd edək ki, "Xalqın xidmətçisi" serialında təsadüfən ölkə prezidenti olmuş müəllimin hekayəsindən bəhs edilir. Ekran işində baş rolu Volodimir Zelenski oynayıb.