Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski ABŞ-dan daha çox müdafiə dəstəyi və təyyarə tələb edib

Zelenski ABŞ-dan daha çox müdafiə dəstəyi və təyyarə tələb edib

Tarix: 5 Mart 2022 22:48

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinin üzvlərindən ölkəsinə daha çox müdafiə dəstəyi və təyyarə tələb edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Zelenski bu barədə ABŞ senatorları və Nümayəndələr Palatasının üzvləri ilə videokonfrans vasitəsilə görüşündə bildirib.

Məlumata görə, Zelenski görüşdə ölkəsinin Rusiyaya qarşı müdafiəsini gücləndirmək üçün təyyarələrə çox ehtiyacı olduğunu və ABŞ-dan bu mövzuda kömək gözlədiklərini qeyd edib.

İclasda 280-dən çox senat və parlament üzvü iştirak edib.

Qeyd edək ki, ABŞ administrasiyası Ukraynaya dəstək üçün 10 milyard dollarlıq paket üçün Konqresə müraciət edib və bu yaxınlarda Kiyevə 350 milyon dollarlıq müdafiə yardımı göndərilməsini təsdiqləyib.


Etiketlər:  Zelenski ABŞ daha çox müdafiə dəstəyi təyyarə tələb edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ