Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2022 14:16
Çin hökuməti 2022-ci il üçün hərbi büdcəsini artırmağa qərar verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Çinin maliyyə naziri Çin Xalq Assambleyasının iclasında bildirib. Hərbi büdcənin 7% artırılması nəzərdə tutulur ki, bu da 2015-ci ildən sonra ən yüksək göstəricidir.
Plana görə cari ildə Çinin hərbi xərcləri 1,45 trilyard yuan (230 milyard dollar) olacaq. Bununla da, Çin hərbi büdcəsinə görə yalnız ABŞ-dan geri qalacaq.
Qeyd edək ki, ABŞ-ın hərbi büdcəsi 740 milyard dollardır.