Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keflənib, “sevgilin mənimlə getməlidir” dedi – Ayılana qədər döyüldü

Keflənib, “sevgilin mənimlə getməlidir” dedi – Ayılana qədər döyüldü

Tarix: 8 Sentyabr 2019 13:44

Müqavilə ilə “Çelsi”yə məxsus olan, hazırda icarə qaydasında “Bernli”də çıxış edən Denni Drinkuoter Mançesterdəki gecə klublarından birinin önündə döyülüb.

Qol.az xəbər verir ki, bu haqda “The Sun” qəzeti məlumat yayıb. Əvvəlcə xeyli spirtli içki qəbul etdikdən sonra sərxoş olan Denni “Skantorp Yunayted”in oyunçusu Krosi Ntlenin sevgilisinə sataşıb. O, Ntleyə “sənin sevgilin mənimlə evimə getməlidir” deyib. Sonuncu onları sakit buraxmağı xahiş etsə də, Denni Ntleyə hücum edib. Buna görə də mühafizəçilər onu klubdan çıxarıblar. Bayırda isə altı nəfər Drinkuoterə hücum edərək onu möhkəm döyüb. Nəticədə onun üzündə, çiyinlərində, gözünün altında qançır yaranıb. "O, döyüldükdən sonra hər tərəf qan olmuşdu" - deyə mənbə bildirib.

Faktla əlaqədar polisə şikayət olunmayıb.

 

 


Etiketlər:  Keflənib sevgilin mənimlə getməlidir dedi Ayılana qədər döyüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ