Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bill Qeytsdən boşanma səbəbini ilk dəfə açıqladı

Bill Qeytsdən boşanma səbəbini ilk dəfə açıqladı

Tarix: 6 Mart 2022 16:30

27 illik həyat yoldaşı, "Microsoft" şirkətinin sahibi, milyarder Bill Qeytsdən boşanan Melinda Qeyts ilk dəfə bunun səbəbini açıqlayıb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, Melinda "CBS Mornings"ə müsahibədə bu qərarı almaqda çətinlik çəkdiyini etiraf edib. O, bildirib ki, səbəb hər hansı böyük qalmaqaldan qaynaqlanmayıb, lakin münasibətlərində illər ərzində çoxlu fikir ayrılıqları olub.

"Bağışlamağa inanıram. Mənə elə gəldi ki, bəzi problemlərin öhdəsindən gəldik. Heç bir səbəb yox idi, lakin ayrılıq qəfil və bir anda baş vermədi. Elə bir məqama gəldim ki, kifayət qədər dözdüyümü başa düşdüm.Anladım ki, bu, sağlam münasibət deyil və buna etibar edə bilmirəm".

Bu məqamda xatırladaq ki, cütlük mehriban formada ayrılsa da sosial şəbəkələrdə bunun əsl səbəbləri haqqında şayiələr yayılmışdı. Bəziləri hesab edirdilər ki, buna səbəb Bill Qeytsin xəyanəti və onun şirkətinin işçilərinin tez-tez təqiblərə məruz qalması olub. 2021-ci ilin yazında bir neçə qadın eyni anda B.Qeytsin onlara münasibət təklif etdiyini iddia etmişdi. Bundan əlavə, Bill Qeyts azyaşlıları zorlamaqda ittiham olunan maliyyəçi Cefri Epşteynlə dost idi.

Melinda sözügedən şayiələrlə bağlı bu sözləri vurğulayıb:

"Heç bir səhv etməmişəm və başımı dik tutub yaşayıram. Qoy Bill həmin şayiələrə cavab versin. Cefri ilə dostluğa gəlincə, bunun əleyhinə idim. O, pisliyin təcəssümü olan dəhşətli bir insan idi və onunla görüşdükdən sonra uzun müddət kabuslar gördüm".

Melinda sonda boşanmasına kədərləndiyini əlavə edib:

"Eləcə bütün günü yatıb ağladığım günlər oldu. Tez-tez düşünürdüm ki, bununla necə mübarizə aparacağam, həyatıma necə davam edə biləcəyəm".

Qeyd edək ki, ikili 1987-ci ildə B.Qeytsin şirkətində - mətbuat brifinqində tanış olublar və 1994-cü ildə evləniblər. Evlilikdə onların üç övladı var - Cennifer Katarin, Rori Con və Fibi Adel. Cütlük 27 illik evlilikdən sonra 2021-ci ilin mayında ayrıldıqlarını elan edib və üç ay sonra rəsmi olaraq boşanıblar. Melinda boşandıqdan sonra da keçmiş həyat yoldaşının soyadını saxlamağa qərar verib.

Bill Melindaya şirkətlərinin bir qisminin qiymətli kağızlarını, "Microsoft"un 3 milyard dollarlıq səhmlərini verib.

"Forbes"in məlumatına görə, Bill Qeytsin sərvəti 134,1 milyard dollar, Melinda Qeytsin isə 6,2 milyard dollardır.


Etiketlər:  Bill Qeytsdən boşanma səbəbini dəfə açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ