Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 10:30
Meksikada Queretaro və Atlas futbol komandaları arasında baş tutan qarşılaşma zamanı yaşanan toqquşma nəticəsində ölənlərin sayı 18-ə çatıb. 20-dən çox yaralı var.
Sonxeber.net metbuat.az-a istinadla xəbər verir ki, hadisəyə səbəb meydan sahiblərinin tərəfdarlarının qonaq azərkeşlərə hücum etməsi olub. Hadisə zamanı odlu silahdan da istifadə edilib.
Rəsmi dairələr hadisənin baş verməsinə görə, stadionun təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıyanları ittiham edib.