Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 11:06
"Bir neçə gün əvvəl biz ciddi söhbət etdik və son dəqiqəyə qədər Ukraynada qalmaq qərarına gəldik. Əgər ölməli olsaq, simvola çevriləcəyik və bütün digər ukraynalılar son damla qanlarına qədər mübarizə aparacaqlar. Bu, Rusiya üçün çox güclü siqnaldır".
Ukraynada iqtidarda olan "Xalqın Xidmətçisi" Partiyasının Ali Radada fraksiya lideri, Rusiya ilə danışıqlarda nümayəndə heyətinin üzvü David Araxamiya 'Foxnews' kanalına 'Zoom' vasitəsilə verdiyi müsahibədə belə deyib.
O, Rusiya ilə aparılan danışıqlara başında beysbolka ilə qatılmasının səbəbini də açıqlayıb.
Araxamiyanın danışıqlara beysbolkada qatılması Rusiya mediasında və sosial şəbəkələrində çox böyük müzakirələrə səbəb olmuş, rəsmi Moskvada ciddi qıcıq və narazılıq yaratmışdı.
"Başımda beysbolka gəzməyi heç sevmirəm. Lakin danışıqlarda Rusiyanın nümayəndə heyətinin üzvlərinin əllərini sıxıb onlarla görüşməli, müəyyən protokola riayət etməliydik. Məndə başına beysbol papağı qoydum ki, bu ölkəyə olan münasibətimi göstərim. Ukrayna sülhəm nail olmayınca papağı başımdan çıxırmayacağam", - D.Araxamiya deyib.