Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Müdafiə Nazirliyi müharibə ilə bağlı son vəziyyəti açıqladı

Rusiya Müdafiə Nazirliyi müharibə ilə bağlı son vəziyyəti açıqladı

Tarix: 7 Mart 2022 12:56

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 2396 hərbi obyekti məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Əməliyyat zamanı ümumilikdə Ukraynanın 2396 hərbi infrastruktur obyekti məhv edilib. Onların arasında Ukrayna Silahlı Qüvvələrinin 82 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 119 S-300, "Buk M-1" və "Osa" zenit-raket kompleksləri, həmçinin 76 radiolokasiya stansiyası var", - Rusiya MN sözçüsü vurğulayıb.

Konaşenkov qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin 827 tank və digər zirehli döyüş maşını, 84 reaktiv yaylım atəş sistemi, 304 səhra artilleriya və minaatan, 603 xüsusi təyinatlı hərbi texnika, o cümlədən 78 pilotsuz uçuş aparatı da məhv edilib.

Milli.Az


Etiketlər:  Rusiya Müdafiə Nazirliyi müharibə ilə bağlı son vəziyyəti açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ