Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 16:06
Bu gün Yeni Zelandiya hökuməti Ukraynanın işğalına görə Rusiyaya sanksiya tətbiq edilməsinə imkan verən qanun layihəsini qəbul edəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Cakinda Ardern bildirib.
Qanun qəbul edildiyi təqdirdə bu, Yeni Zelandiyanın fərdi qaydada başqa bir ölkəyə ilk dəfə sanksiya tətbiq etməsi olacaq.
Baş nazir Cakinda Ardern bildirib ki, sanksiyalar Yeni Zelandiyadakı Rusiyaya məxsus aktivlərin dondurulmasına, şəxslərə və şirkətlərə başqa ölkələrin sanksiyalarından yayınmaq üçün ölkəyə pul köçürməsinə, super yaxtaların, gəmilərin və təyyarələrin ölkənin hava və su məkanına daxil olmasını dayandırmağa imkan verəcək.
Eyni zamanda, sanksiyalar siyahısında Yeni Zelandiyaya daxil olması qadağan edilmiş 100 şəxsin adının qeyd edildiyi bildirilib.