Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 18:20
Rusiya tərəfi bütün gecəni Ukraynanın Nikolayev şəhərini "SMERÇ" reaktiv yaylım atəşi sistemi ilə atəşə tutub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Ukraina 24"ün efirində Ukrayna DİN başçısının məsləhətçisi Vadim Denisenko bildirib.
Nikolayev sakinlərinin sözlərinə görə, partlayışlar şəhərin bütün ərazilərində eşidilib.
Şəhərdə, həmçinin "Lifecell" mobil operatorunun şəbəkəsi itib. Çox güman, zərbələrdən biri mobil qülləyə yetirilib.