Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 06:22
Boğaziçi Universiteti Kandill Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu Regional Zəlzələ-Tsunami İzləmə və Qiymətləndirmə Mərkəzi müdiri Doğan Kalafat Türkiyənin Muğla-Antalya bölgəsində baş verə biləcək güclü zəlzələdən sonra sunami ola biləcəyini bildirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, bölgədə 6 baldan yuxarı zəlzələ yaşanarsa sunami təhlükəsi mövcuddur.
Alimin fikrincə, bu zaman dalğaların hündürlüyü təxminən 3 metrə çatacaq.
"Əsasən Egey və Aralıq dənizi bizim üçün daha risklidir. Cənub-qərb sahillərimizdə, Krit, Muğla, Gökova, Fethiye və Antalya ətrafında 3 metrdən yuxarı sunami ehtimalı var", - deyə mütəxəssis qeyd edib.