Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 10:24
Ekspertlər deyirlər ki, İran və Qərb arasında razılaşmanın əldə edilməsi Tehranı neft bazarına qaytarmalıdır.
Sonxeber.net "Radio Libery"yə istinadən bildirir ki, adının çəkilməsini istəməyən İran rəsmisi martın 7-də deyib ki, Vyanada davam edən nüvə sazişi danışıqlarında Rusiyanın irəli sürdüyü tələblər "konstruktiv deyil".
Təsnim agentliyinin verdiyi xəbərdə deyilir ki, Rusiyanın "müdaxiləsi" onun öz maraqları ilə bağlıdır.
Moskva bu danışıqlarda ABŞ-dan onun üzərinə Ukrayna müharibəsinə görə qoyulmuş sanksiyaların qaldırılmasını tələb edib.
Ekspertlər deyirlər ki, Rusiyanın belə bir mövqeyi 2015-ci il nüvə sazişinin dirçəldilməsi yolunda əsas əngələ çevrilə bilər.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva İran sazişini imzalamazdan əvvəl Rusiyanın üzərindəki sanksiyaların qaldırılacağına dair ABŞ-dan dövlət katibi səviyyəsində yazılı qarantiya istəyir.
Rusiyanın bu bəyanatından az əvvəl Tehran BMT-nin nüvə agentliyi ilə razılaşma əldə etdiyini bildirmişdi.
Bəzi xəbərlərə görə Tehran və Vaşinqton arasında məhbus mübadiləsinə dair də razılaşma əldə olunub.
Rusiya 2015-ci il nüvə sazişinin imza tərəflərindən biridir.