Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 14:50
"Sevgi sözünə inanmıram. Çünki sevənlərin çoxu yanıma boşanmağa gəlir".
Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, bunu Baku TV-də yayımlanan "O kimdir?" verilişində qonaq olan məşhur vəkil Şəfiqə Nağıyeva deyib.
Hüquqşünas olmağa anasına görə qərar verən vəkil onu evlənməyə məcur edən səbəbdən, öz boşanmasının 5 il çəkməsindən danışıb.
Onun sözlərinə görə, idarə etdiyi ən çətin məhkəmə prosesi həyat yoldaşına xəyanət edən qadına görə yalan danışması olub.
Vəkil "bu yaxınlarda bir nəfər məni öldürəcəyini, nəvələrimi oğurlayacağını demişdi", - deyə məhkəmə işlərinə görə aldığı hədə-qorxulardan danışarkən deyib.