Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

Koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb

Tarix: 8 Mart 2022 15:42

Martın 7-də polis əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb. Polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində isə Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Koronavirus xəstəsi ictimai yerdə askar edilərək saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ