Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 19:08
Rusiyada nağd pul bazarında dolların dəyəri Ukraynaya qarşı müharibə başlayandan bəri rekord həddə qalxaraq 190 rubla çatıb. Bunu banki.ru-nun monitorinq məlumatları sübut edir.
Eyni zamanda valyuta qıtlığı da müşahidə olunur. Martın 8-i səhərə olan məlumata görə, Rusiyada valyutadəyişmə məntəqələrinin hamısı açılmayıb, bəziləri boşdur. Rusiya Federasiyasında tətbiq edilən sanksiyalara görə hazırda dolların alışında problemlər yaranıb.
Xatırladaq ki, dünyanın ən böyük maliyyə korporasiyalarından biri olan "Morgan Stanley" Rusiyanın defoltunu aprelin ortalarında proqnozlaşdırır.