Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bacısının yas mərasimindən qayıdan sürücünün ehtiyatsızlığı digər bacısının həyatına son qoydu (FOTO)

Bacısının yas mərasimindən qayıdan sürücünün ehtiyatsızlığı digər bacısının həyatına son qoydu (FOTO)

Tarix: 11 Dekabr 2025 17:06

Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol qəzasının xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır.

Sonxeber.net xəbər verir ki, BDYPİ-nin çağırışında bildirilib ki, idarə etdiyi “VAZ 2121” markalı avtomobillə paytaxtdan - bacısının yas mərasimdən qayıdan Lerik rayon sakini Akif Ağacanov nəqliyyat vasitələri nasaz olduğu üçün yolda qalan həmkəndliləri ilə rastlaşıb.

A.Ağacanov kömək məqsədilə dayanaraq həmkəndlilərinə yaxınlaşdıqdan qısa müddət sonra, dağlıq ərazidə üzü yoxuşa saxladığı avtomobil geriyə doğru hərəkət etməyə başlayıb və yoldan çıxaraq dərəyə yuvarlanıb. Nəticədə avtomobildə olan sərnişin - sürücünün bacısı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

İlk baxışdan təsadüfi hadisəyə bənzəsə də, əslində dağlıq relyefdə dayandırılmış avtomobillə bağlı zəruri təhlükəsizlik tədbirlərinin görülüb-görülmədiyi, mühərrikin söndürülüb-söndürülmədiyi, duracaq tormoz sisteminin qoşulub-qoşulmadığı, həmin sistemin, ümumilikdə avtomobilin saz vəziyyətdə olub-olması kimi sualların meydana gəlməsi hadisənin ehtiyatsızlıqdan qaynaqlanması ehtimalını yaradır.

Bacısının yas mərasimindən qayıdan sürücünün ehtiyatsızlığı digər bacısının həyatına son qoydu (FOTO) Bacısının yas mərasimindən qayıdan sürücünün ehtiyatsızlığı digər bacısının həyatına son qoydu (FOTO) Bacısının yas mərasimindən qayıdan sürücünün ehtiyatsızlığı digər bacısının həyatına son qoydu (FOTO)


Etiketlər:  Bacısının mərasimindən qayıdan sürücünün ehtiyatsızlığı digər bacısının həyatına qoydu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ