Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2025 17:06
Aralıq dənizi rayonlarından hərəkət edən siklonun təsiri nəticəsində ölkə ərazisində dekabrın 9-u axşam saatlarından başlayan leysan xarakterli yağış, 10-u gün ərzində bəzi yerlərdə daha da intensivləşərək 11-i səhərədək fasilələrlə davam edib. Dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Qubadlı, Zaqatala və Şahdağa qar yağıb.
Sonxeber.net xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəis
müavini Gülnarə Abbasova məlumat verib.
Onun sözlərinə görə, ölkənin şərq ərazilərində və Abşeron
yarımadasında yağıntılar digər bölgələrlə müqayisədə daha intensiv
və güclü olub. Belə ki, yarımadaya düşən yağıntının ümumi miqdarı
44 mm olub, bu da aylıq iqlim normasının 149%-ni təşkil edir.
“Ümumi proses müddətində ən çox yağıntı Qobustan, Biləsuvarda 31,
Şirvan və Neftçalada isə 28 mm olmaqla qeydə alınıb.” - deyə G.
Abbasova vurğulayıb.