Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 19:44
Avropa Komissiyası (AK) yaxın gələcəkdə Ukraynanı Aİ-nin enerji şəbəkəsinə qoşmaq niyyətindədir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu bu gün Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının 2030-cu ilə qədər Rusiyanın enerji resurslarından imtina planını təqdim edən Avropa komissarı Kadri Simson deyib.
Simson deyib ki, Avropa Komissiyası Ukraynanın mümkün qədər tez bir zamanda Aİ-nin enerji sisteminə qoşulması üçün hər şeyi edəcək ki, bu ölkədə işıq yanmağa davam etsin:
"Biz bu ölkəni yanacaqla, generatorlarla təmin etməklə ona kömək etməyə davam edirik".