Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Visa” və “MasterCard” Rusiyadan gedir: bu, ölkə əhalisi üçün nə deməkdir?

“Visa” və “MasterCard” Rusiyadan gedir: bu, ölkə əhalisi üçün nə deməkdir?

Tarix: 9 Mart 2022 20:54

"Visa" və "MasterCard" ödəniş sistemləri Rusiyanı tərk etdiklərini açıqlayaraq müştərilərinə bir neçə gün vaxt veriblər.

Bu müddət bitdikdən sonra Rusiyada verilmiş kartlar xaricdə, xaricdə verilmiş kartlar Rusiyada işləməyəcək. Beləliklə, Rusiyanın maliyyə sistemi dünyadan təcrid olunmuş olacaq.

Artıq ölkə daxilində ödənişlər Rusiya Mərkəzi Bankının hazırladığı Milli Ödəniş Kartı Sisteminin (NSPK) "Mir" kartı vasitəsilə həyata keçiriləcək.

NSPK 2014-cü ildə - Krımın işğalından dərhal sonra yaradılıb. Rusiyanın ilhaq etdiyi bu bölgədə ödənişlər uzun illərdir məhz bu sistem vasitəsilə reallaşdırılır: yerli banklar tərəfindən buraxılan bu kartlardan Rusiya daxilindəki ödənişlər üçün istifadə edilir, amma yarımada sakinləri xarici onlayn mağazalarda nəsə sifariş edəndə və ya xarici ölkələrə gedəndə bu kartlardan ödəniş edə bilmirlər.

"Mir" kartından istifadənin mümkün olduğu ölkələr və ərazilər:

Türkiyə
Ermənistan
Belarus
Özbəkistan
Qırğızıstan
Tacikistan
Qazaxıstan
Qondarma Cənubi Osetiya Respublikası
Qondarma Abxaziya Respublikası
Kipr
BƏƏ

Xarici onlayn mağazalarla yanaşı, rusiyalılar artıq "AppStore" və "GooglePlay", həmçinin "ApplePay" və "GooglePay" tətbiqlərində də Rusiya banklarının verdiyi "Visa" və "MasterCard" kartlarıyla ödəniş edə bilməyəcəklər. Ötən şənbə Mərkəzi Bank kartlarla əlaqəli hesablardakı vəsaitlərinin qorunub saxlanacağını açıqlayıb. "Mir" kartı bir neçə xarici ölkədə də işləyir. Mərkəzi Bankın məlumatına görə, bunlar əsasən MDB ölkələri, Türkiyə və Vyetnamdır.

Sonxeber.net BBC Azərbaycan-a istinadən xəbər verir ki, Rusiya tənzimləyicisi xaricə səyahət edənlərə özləriylə nağd valyuta götürməyi tövsiyə edir. Xaricdə buraxılmış "Visa" və "MasterCard" kartlarındakı vəsaitlərin Rusiya banklarının kartlarına hansı qaydada köçürüləcəyi hələ ki məlum deyil.

"Visa" və "MasterCard" dünyanın ən böyük ödəniş sistemlərindəndir. Digəri Çinin "UnionPay" sistemidir və onun Rusiyaya qarşı sanksiyalara qoşulması ehtimalı azdır. Bu kart dünyanın 180 ölkəsində, o cümlədən, Avropa ölkələrində qəbul edilir. Ancaq indiyə qədər Rusiya banklarının heç də hamısı vətəndaşlara bu kartı təklif etməyib. Bundan başqa, ABŞ-ın "American Express" və Yaponiyanın JCB sistemləri də var, amma Rusiyaya qarşı tətbiq edilən sanksiyalara onların da qoşula bilər.


Etiketlər:  Visa MasterCard Rusiyadan gedir ölkə əhalisi üçün deməkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ