Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət verilib

Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət verilib

Tarix: 9 Mart 2022 23:40

Müğənni Afət Həsənova (Fərmanqızı) barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Binəqədi Rayon Məhkəməsinə daxil olan şikayətdə müğənninin Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Şikayəti hakim Mahirə Kərimova araşdıracaq.

Qeyd edək ki, Afət Fərmanqızı kimi tanınan müğənni Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Müğənni ötən həftə məhkəmədə ifadə verib.


Etiketlər:  Müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayət verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ