Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 08:27
Ukrayna Prezidenti Volodimir Zelenski ailəsinin harada olması barədə danışıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə o, Almaniyanın "Zeit" qəzetinə müsahibəsində bəhs edib.
Dövlət başçısı bildirib ki, ailəsi Rusiyanın hücumundan bu günə kimi ölkəni tərk etməyib.
"Mənim ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm", - Zelenski təhlükəsizlik baxımından bunu sirr saxlayıb.
Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ-ın digər dövlət orqanlarının Ukrayna Prezidenti Volodimir Zelenski və komandası üzvlərinin ölkəni tərk etməyə məcbur olacağı təqdirdə tədbirlər planı hazırlamağa başladığı bildirilib.