Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna hərbçiləri Xarkov yaxınlığındakı Derqaçi şəhərini azad etdi

Ukrayna hərbçiləri Xarkov yaxınlığındakı Derqaçi şəhərini azad etdi

Tarix: 10 Mart 2022 08:45

Ukrayna silahlı qüvvələri Xarkov vilayətindəki Derqaçidən rus işğalçılarını sıxışdırıb çıxarıb və əraziyə tam nəzarət edir.

Bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

"Ukrayna silahlı qüvvələri rus işğalçısını Derqaçidən çıxarıb və əraziyə tam nəzarət edir. Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rus işğalçısı şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz düşməni dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - deyə Sinequbov bildirib.

Sinequbovun sözlərinə görə, düşmən texnikasının itkiləri arasında 2 tank və 2 zirehli texnika var.

Ukrayna ordusu itki verməyib.

Milli.Az


Etiketlər:  Ukrayna hərbçiləri Xarkov yaxınlığındakı Derqaçi şəhərini azad etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ