Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pərpərən (semizotu) bitkisinin faydaları

Pərpərən (semizotu) bitkisinin faydaları

Tarix: 10 Mart 2022 09:00

Pərpərən bitkisi vitamin və minerallarla çox zəngindir. Onun tərkibində olan dəmir, kalsium və C vitamininin miqdarı ispanaq, süd və portağalın tərkibi ilə müqayisə edilir. Mütəxəssislər 100 qram pərpərənin tərkibində 16 kilokalori olduğunu hesablamışlar. Onun gözəl xüsusiyyətlərindən biri də tərkibində çoxlu miqdar omeqa 3 yağlarının olmasıdır.
Tərkibində olan omeqa 3 sayəsində pərpərən qanda olan yağların miqdarının aşağı düşməsinə səbəb olur.
Son illərin araşdırmaları omeqa 3 yağının bir çox sinir sistemi xəstəliklərində, o cümlədən depressiyaya qarşı effektiv olduğunu nəzərə alaraq, həkimlər xəstələrə tərkibində həmin yağlardan olan bitkilərlə qidalanmağı məsləhət görürlər. Bu məqsədlə omeqa 3 tərkibli bitkilərin siyahısını tutmuşlar ki, həmin siyahı da da pərpərən ön sıralardan birini tutur. İstənilıən nəticəni əldə etmək üçün həkimlər ən azı 1 həftə gündə 3 dəfə, hər dəfə bir dəstə pərpərən yeməyi məsləhət görürlər. Araşdırmalar 100 qram pərpərən bitkisində 300-400 mq yağ turşusunun olduğunu sübut etmişdir. 100 qram pərpərənin tərkibində aşağıdakı vitamin və minerallar mövcuddur:
* 1,3 qram protein
* 16 kkalori
* 1320 İU A vitamini
* 21 mq C vitamini
* 12 mq fol turşusu
* 0,1 mq B vitamini
* 65 mq kaılsium
* 2 mq dəmir
* 68 mq maqnezium
* 44 mq fosfpor
* 497 mq kalium
* 0,3 mq marqanez
* 0,98 mq selen.

Milli.Az


Etiketlər:  Pərpərən semizotu bitkisinin faydaları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ