Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kipr Avroviziyada Araşın mahnısı ilə yarışacaq

Kipr Avroviziyada Araşın mahnısı ilə yarışacaq

Tarix: 10 Mart 2022 12:00

Cənubi Kiprin Avroviziya-2022 təmsilçisi və mahnısı rəsmən açıqlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, yayılan xəbərlər öz təsdiqini tapıb. Belə ki, Andromachenin təmsilçi olması dəqiqləşib. Onun mahnısının adı isə "Ela"dır.

Bu bəstə Aleks P, Araş, Eyelar Mirzazadeh, Fatjon Miftaraj, Filloreta Raci Fifi, Geraldo Sandell, Giorgos Papadopoulos, Robert Uhlmann, Viktor Svensson və Yll Limani tərəfindən ərsəyə gətirilib. Andromache çıxışı üçün Marvin Dietmann və Den Shipton ilə birgə çalışacaq.

Qeyd edək ki, mahnının müəlliflərindən biri olan Araş 2009-cu ildə  Avroviziyada ölkəmizi Aysel ilə birgə təmsil etmişdi. 

Milli.Az


Etiketlər:  Kipr Avroviziyada Araşın mahnısı ilə yarışacaq


RƏYLƏR