Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu cəsarəti azərbaycanlıdan aldım'' - Nevzorov

''Bu cəsarəti azərbaycanlıdan aldım'' - Nevzorov

Tarix: 10 Mart 2022 14:46

"Azərbaycanlıdan öyrəndiyim cəsarət məndə yaşayır".

Bu fikirləri tanınmış rusiyalı publisist Aleksandr Nevzorov bu yaxınlarda Rusiya Federasiyasında qəbul edilmiş RF Silahlı Qüvvələrinin Ukraynadakı hərəkətləri haqqında saxta məlumatların yayılmasına görə məsuliyyət haqqında qalmaqallı qanunu şərh edərkən deyib.

Sonxeber.net media.az-a istinadən xəbər verir ki, jurnalistin "son çıxışlarınızdan birini gördüm. "Ukraynaya şöhrət" ifadəsini dediniz. Başa düşürəm ki, buna görə artıq cinayət cəzası ala bilərsiniz" sualına "nəzəri olaraq, bəli. Ancaq yaxşı hüquqi məlumatınız varsa, bu ifadənin müraciət və ya şüar olmadığını sübut edə və birtəhər atlaya bilərsiniz. Amma mən bunu öz təhlükə və riskimlə etdim. Kimsə qalıb mübarizə aparmalıdır. Cəsarətim pisdir. Bəlkə də bu həmişə yaxşı deyil. Bəzən sahibinə böyük problemlər yaradır" deyib.

Ardınca da bəyan edib ki, illər əvvəl ona azərbaycanlı əsgər ona cəsarət öyrədib. "Həyatımda gördüyüm ən cəsur insan Vəzir adlı azərbaycanlıdır. Məni reportyor işim, müharibələr haqqında reportajlar hazırlamışdım, amma gördüklərim məni sarsıtdı və heyrətə gətirdi. Bu, Qarabağ müharibəsi zamanı baş verib. Vəzir sadə bir adam idi. Sərsəng su anbarı uğrunda döyüş gedirdi. Səhər batalyondan üçdə biri sağ qaldı. İnsanların qaçdığını, avtobuslarda qaçmağa, evakuasiya etməyə çalışdığını gördüm. Və yalnız bir nəfər sakitcə maşını işə salır. Yanına qaçdım, soruşuram: Hara gedirsən və nə üçün? Və deyir: Yaralılar var. Dedim gəlin birlikdə gedək. Yaralıları atəş altında necə yığdı? Bu, qeyri-adi idi. O, ağlasığmaz cəsarətli bir insan idi", - deyə bildirib.

Anar Əli


Etiketlər:  cəsarəti azərbaycanlıdan aldım Nevzorov


RƏYLƏR