Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2022 19:50
Rusiyanın Xalq artisti Oleq Qazmanov Rusiyadan getməsi ilə bağlı xəbərləri təkzib edib
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu barədə sənətçinin instaqram hesabında deyilir. O, həmçinin İsrail vətəndaşlığı alması ilə bağlı iddiaların da yalan olduğunu vurğulayıb:
"Dünən xəbər çıxıb ki, guya mənim İsrail vətəndaşlığım var və artıq oraya köçmüşəm. Xeyr, dostlar, Rusiyadayam, musiqi bəstələyirəm, evdə işləyirəm, hər şey qaydasındadır, harasa getməyə hazırlaşmıram".
Qeyd edək ki, martın 5-də Ukrayna məhkəməsi Oleq Qazmanovun qiyabi həbsi barədə qərar qəbul edib.