Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 09:24
Robbi Uilyams bütün evlərini satıb və indi ailəsinin harada yaşayacağını bilmir.
Bu ilin yanvarında müğənni Uiltşirdəki evini 6,75 milyon funta, keçən həftə isə Los-Ancelesdəki malikanəsini 37 milyon funta reper Dreykə satıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, indi ifaçı etiraf edib ki, o, həyat yoldaşı Ayda Fild və dörd övladı Teodora, Çarli, Kolett və Bo ilə birlikdə harada yaşayacaqlarını düşünürlər.
"Əslində, biz indi havadayıq. Mənzilimiz yoxdur, demək olar ki, hər şeyi satmışıq və biz nə edəcəyimizi anlamağa çalışırıq", - deyə Robbi Uilyams bildirib. Müğənninin sözlərinə görə, mənzil seçimi məsələsini uşaqların müxtəlif yerlərdə oxuması, Robbinin özünün isə dünyanı gəzməsi çətinləşdirir.
Jurnalistlər müğənni və ailəsinin bir müddət Avstraliyaya köçməsinin mümkün olduğunu iddia edirlər. Belə ki, məhz orada onun həyatı ilə bağlı yeni bioqrafik film çəkiləcək.