Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sağlamlıq imkanları məhdud olan qızı zorlayan 62 yaşlı kişi SAXLANILDI - RƏSMİ

Sağlamlıq imkanları məhdud olan qızı zorlayan 62 yaşlı kişi SAXLANILDI - RƏSMİ

Tarix: 12 Mart 2022 13:28

Gəncə şəhərində sağlamlıq imkanları məhdud qızı hamilə buraxmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Qurumdan bildirilib ki, yaşadığı evdə R.A-nın cinsi zorakılığa məruz qalması faktı ilə bağlı Gəncə şəhər prokurorluğunda istintaq edilən cinayət işi üzrə 1960-cı il təvəllüdlü Ə.A şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Qeyd edək ki, ötən gün Gəncə şəhərində 17 yaşlı sağlamlıq imkanları məhdud olan qızın qonşusu 62 yaşlı kişi tərəfindən zorlanaraq hamilə qalması və övladını dünyaya gətirmək istəməməsi barədə məlumat paylaşmışdıq. 

Milli.Az


Etiketlər:  Sağlamlıq imkanları məhdud olan qızı zorlayan 62 yaşlı kişi SAXLANILDI RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ