Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 15:15
Türkiyəli model-aparıcı Burcu Əsmərsoy evliliklərini bitirməsinin səbəbini açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, iki dəfə ailə həyatı quran model biri-birilərinə vaxt ayıra bilmədikləri üçün boşandığını bildirib:
"İlk həyat yoldaşımın "Formula 1" səyahətləri var idi. Xaricdə idik, bura gələ bilmirdim. İkinci evliliyimdə isə saatlarımız uyğun gəlmədi. Mən səhər 6-da oyanırdım, o yatırdı. Görüşə bilmirdik".
Qeyd edək ki, Burcu hazırda özündən 15 yaş kiçik Nazım Akmandillə eşq yaşayır.