Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşların DİQQƏTİNƏ: Bu şəxslər cəzalandırılacaq - VİDEO

Vətəndaşların DİQQƏTİNƏ: Bu şəxslər cəzalandırılacaq - VİDEO

Tarix: 12 Mart 2022 15:48

Dövlət xəstəxanalarında icbari tibbi sığortası olduğu təqdirdə vətəndaşlardan pul tələb edən səhiyyə əməkdaşları, inzibati işçilər və hətta xəstəxana rəhbərləri ilə bağlı ciddi statistika qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə cəza tədbirləri də görülüb. 

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə "Xəbər Ertəsi"nə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Departamentinin Koordinatoru Pərvin Baxşəliyeva bildirib. 

Qurum rəsmisi deyib ki, vətəndaşlar xəstəxanalarda hər hansı neqativ hallarla qarşılaşırsa mütləq Agentliyə müraciət etsinlər. 

Pərvin Baxşəliyeva həmçinin bildirib ki, icibari tibbi sığortası olan şəxslərin stasisonar müalicələri zamanı onların bütün dərman preparatları da pulsuz qarşılanmalıdır.


Etiketlər:  Vətəndaşların DİQQƏTİNƏ şəxslər cəzalandırılacaq VİDEO


RƏYLƏR