Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağdaşda qazın təzyiqinin zəifliyi çətinlik yaradır - VİDEO

Ağdaşda qazın təzyiqinin zəifliyi çətinlik yaradır - VİDEO

Tarix: 14 Mart 2022 16:12

Qaz gəlir, ancaq təzyiqi aşağı olduğu üçün ondan səmərəli istifadə edə bilmirlər.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu vəziyyətlə Ağdaş rayon mərkəzində yaşayan sakinlər üzləşiblər.

Onların iddialarına görə, 20 günə yaxındır ki, qazın təzyiqinin aşağı olması xeyli çətinlik yaradır.

Qazın təzyiqinin zəif olmasına görə sakinlər evlərini odun və elektrık sobasından istifadə etməklə qızdırırlar. Əsasən də gündüz saatlarında qazın təzyiqi daha aşağı olur.

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimayyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Xəzər Xəbər"ə bildirdi ki, qazın təzyiqinin gündüz saatlarında normadan aşağı olmasının səbəbi rayon ərazisində daşıyıcı xətlərdə sızmalar olduğu üçün təmir işlərinin aparılmasıdır.

"Bu səbəbdən də qazın verilməsində lokallaşmalar olur. Artıq təmir işləri yekunlaşır, qazın normal təzyiqlə əhaliyə verilməsi təmin olunacaq",- deyə Eldəniz Vəliyev bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Etiketlər:  Ağdaşda qazın təzyiqinin zəifliyi çətinlik yaradır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ