Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 16:32
Zaporojye AES-i ələ keçirən rus əsgərləri enerji blokunun düz qarşısında sursatları partlatmağa hazırlaşır.
Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə Energoatom-un mətbuat xidməti teleqram kanalında məlumat yayıb.
Qeyd olunur ki, yaxın bir saatda Zaporojye AES-i ələ keçirən əsgərlər birbaşa AES-in təlim mərkəzinin xarabalıqları yaxınlığındakı zavod ərazisində döyüş sursatı "təkrar emal etməyə" başlamağı planlaşdırırlar.
Yəni əsgərlər AES-in 1 saylı enerji blokunun düz qarşısında döyüş sursatlarını partlatmağa hazırlaşırlar, Enerqoatom qeyd edir.
Aslan Məmmədov