Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Anamın bir çanta brilyantı və evi mənə qaldı'' - VİDEO

''Anamın bir çanta brilyantı və evi mənə qaldı'' - VİDEO

Tarix: 15 Mart 2022 02:25

Müğənni Zahidə Günəş anasından ona qalan mirası açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, anasının bütün mirası ona qalıb:

"6 uşağıq, böyük qardaşım rəhmətə getdi. Anam bacımgildə rəhmətə getdi. Oğlu məni çağırdı ki, nənə özünü pis edirdi, çantanı verib ki, sənə verək. Mənə verməyə də bilərdilər, götürərdilər. Çantanı götürdüm, qoydum kənara. Rayondakı böyük mülkümüzün açarını da mənə verdilər. Şəkillərimizin arasında anamın vəsiyyətini tapdıq. Evi bir bacıma və mənə verdi. Qardaşım və bacılarım dedi ki, evin balacasısan, heç nədə gözümüz yoxdur. Evi də, brilyantlar da mənə qaldı. Satdım, Bakıdan ev aldım. Pandemiyada da qızılları satdım. Azərbaycandan kənara çıxmadım, burada qaldım. 

Müğənnilər var hər şeyini satır, efirə xərcləyir. Mən isə satdım, böyük həyət evi aldım".


Etiketlər:  Anamın çanta brilyantı mənə qaldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ