Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qida borusunun yanığı

Qida borusunun yanığı

Tarix: 15 Mart 2022 05:06

Qida borusunda yanıq qida borusuna kimyəvi maddələrin təsadüfən və ya bilərəkdən düşməsi nəticəsində meydana çıxır.Qida borusu yanığının 70-75%-i 10 yaşınadək uşaqlarda,25-30%-i isə böyüklərdə baş verir.
Yanığın dərəcəsi boğaza tökülən kimyəvi maddənin miqdarından və onun kimyəvi tərkibindən asılı olur.Hadisə ən çox məsuliyyətsiz valideynlərin bəzi kimyəvi maddələri uşaqların əllərinin çatacağı yerdə qoyduğu zaman baş verir.Bəzi hallarda kimyəvi maddələr dərman preparatları ilə birlikdə qəbul edilir.Bu cür yanıqlar daha təhlükəli sayılır.
Qida borusunun yanığı aşağıdakı maddələrin qida borusuna düşdüyü zaman baş verir:
* kaustik soda
* natri hidroks
* kükürd məhlulu
* hidrogen xlorid
* uksus
* fenol
* yod
* lizol
Bəzi hallarda qida borusuna düşən kimyəvi maddələr mədənin də yanmasına səbəb olur.Mədənin selikli qişası bəzi maddələrə qarşı davamlı olur.Amma kimyəvi maddənin tərkibi daha güclü olarsa mədənin selikli qişası zədələnir.Kimyəvi yanıqlar zamanı mədə az zədələnir.Qida borusunun yanıqları zamanı qida borusu pereferasiyaya uğrayır,qida borusunun divarında nekrozlaşma baş verir.
Qida borusu yanığının 3 dərəcəsi var:
Birinci dərəcəli yanıqlar zamanı qida borusunun yuxarı hissəsi zədələnir.
İkinci dərəcəli yanıq zamanı qida borusunun əzələ qatı zərər görmüş olur.
Üçüncü dərəcəli yanıq iri həcmli olmağı ilə yanaşı,intoksikasiya və şokla nəticələnir.Üçüncü dərəcəli yanıq sağaldıqdan sonra yerində çapıq toxuma qoyur və qida borusunun divarının zədələnməsi ilə nəticələnir.Xəstəlik yanığın dərəcəsindən asılı olaraq kəskin və yarımkəskin olur.
Xəstəliyə diaqnoz qoymaq üçün xəstənin yaxınlarından toplanan anamnez və kimyəvi maddənin növünü bilmək böyük əhəmiyyət kəsb edir.Yanıq zamanı ağız və qida borusunda güclü qaşınma və kəskin ağrı baş verir.Xəstənin udma aktı pozulur,döş və epiqastral nahiyədə ağrılar meydana çıxır.Əgər xəstə 1-2 gün ərzində ölməsə,xəstənin qızdırması qalxır,təngnəfəslik,qida borusunda qanaxmalar baş verir.Xəstənin ağzından baxanda yanığın izləri görünür.
Ağır dərəcədə yanıq baş verdikdə xəstədə intoksikasiya əlamətləri meydana çıxır.Bu zaman xəstəyə geniş spektrli antibiotiklər və venadaxilinə müxtəlif məhlullar təyin edilir,xəstə zondla yedizdirilir.


Etiketlər:  Qida borusunun yanığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ