Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 05:25
Müğənni Roza Zərgərli küsülü olduğu Əməkdar artist Elza Seyidcahanın onu hədələməsinə məhəl qoymayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şourum" proqramında onunla bağlı sualları cavablandırıb. Roza bildirib ki, Seyidcahan onu məhkəmə ilə hədələyib:
"Elza yaxşı bəstəkardır, gözəl də ifaçıdır. Bəstələri ilə brend bəstəkar ola bilərdi. Heç kimlə küsülü deyiləm. Elza, adını çəkdim, ver məni məhkəməyə. Təzyiqim qalxdı. Dörd dəfə o səhv edib, yaşca böyük olsa da, məni təhqir edib. Onu bağışlamışam.
Efirimdə də dedim ki, oğlu Ələkbəri sevirəm, hörmətimi sağlayıb. Dedi ki, anamdan inciməyin. Barışmağımızı istədi. Elza bunu danır. Elza özü yalanla yoğrulub. Dramaturq deyiləm sənin kimi ki, ssenari yazım. Elzanı bağışlayıram. Məni müzakirə edib, gülə-gülə yola vermişəm".
Qeyd edək ki, müğənnilər arasında qalmaqalın ikinci dəfə alovlanmasına səbəb Rozanın Elzanın ona 5 min manat borcu olmasını açıqlaması olub. E.Seyidcahan qarşı tərəfin ünvanına "Bütün günü cərrahdadırlar. O qədər üzlərini dartdırıblar ki, ağıllarıda dartılıb" sözlərini söyləyib.