Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 10:12
Ukraynada təhsil alan azərbaycanlı tələbələrə təhsil müddətini bitirənə qədər hərbi xidmətdən möhlət hüququ veriləcək.
Sonxeber.net xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.5-ci maddəsinə əsasən, xarici ölkələrdə əyani təhsilalma formasında təhsil alanlara ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində, tibb təhsili üçün ali baza tibb təhsili və rezidenturada (internaturada) təhsil alanlara müvafiq təhsilini bitirənədək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.
"Bununla əlaqədar çağırışçılar təhsil almaları barədə sənədi Xidmətin yerli struktur bölmələrinə təqdim etdikləri halda müvafiq təhsilini bitirənədək çağırışdan möhlət verilir", - məlumatda qeyd olunub.