Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aydın Sani: “O aparıcı verilişinə çağırsa da, getmərəm” - VİDEO

Aydın Sani: “O aparıcı verilişinə çağırsa da, getmərəm” - VİDEO

Tarix: 15 Mart 2022 16:15

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı ifaçı Aydın Sani olub.

Milli.Az xəbər verir ki, ifaçı verilişinə getməyəcəyi aparıcılar haqqında danışıb:

"Bu gün məşhur verilişlərin aparıcıları var ki, çağırsa da getmərəm. İnsan özünü təqdim edəndə bir salam verər, daha sonra keçər növbəti suala. Salam sadəcə mədəniyyət deyil, hər şeyin başlanğıcıdır. Bu barədə danışmaq istəmirəm. Bütün kanallar dostlarımızdır, hamısını çox istəyirəm, xətrimi istədə bilmişəm. Hansı verilişdə bu vaxta qədər görünməmişəm söhbət onlardan gedir. İnsan elə ola bilər ki, fikirli olsun, 1-2 dəfədən sonra hiss etdirir ki, mənə xoş deyilsən. Qoy sənə xoş olmayım, ancaq bunu insana bildirməzlər. Bir təbbəsüm et, keç. Özlərindən çox razıdırlar. Çox Şükür, o yerə gəlib çıxmışıq ki, xalq sevir, dəvət edir".

Milli.Az


Etiketlər:  Aydın Sani aparıcı verilişinə çağırsa getmərəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ