Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 16:36
Son dövrlər dizel yanacağı ilə işləyən avtomobillərə maraq artıb. Bu da səbəbsiz deyil. Çünki belə nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı həm azdır, həm də ucuz. Ancaq bu avtomobillərin də öz problemləri var. Məsələn, mühərriklərindən daha çox səs gəlir. Nasazlıq yarananda isə səs bir qədər də artır. Ancaq bəzi sürücülər kustar üsulla bunun qarşısını ala bilirlər. Sən demə dizel yanacağına müəyyən miqdarda mühərrik yağı əlavə etməklə buna nail olmaq mümkündür.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobil ustası Sahil Ağabəyli isə deyir ki, dizelə hər hansı bir yağın qatılması mühərrikdə müxtəlif problemlər əmələ gətirir.
Ustanın sözlərinə görə, AVRO 3-ə qədər olan mühərriklərə yalnız xüsusi qatqılar əlavə etmək mümkündür.
Sürücülər isə müxtəlif fikirdədilər. Ustaların tövsiyələrinə əməl edənlər də var, etməyənlər də.
Sahil Ağabəyli deyir ki, yeni model dizel mühərriklərinə az miqdarda benzin qatıla bilər.