Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 22:46
İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Rusiya yığmalarına və klublarına qoyduğu qadağanı qüvvədə saxlayıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə CAS-ın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiya Futbol İttifaqının şikayəti təmin edilməyib.
Rusiya təmsil edən yığmalar və klublar Avropa futbol qurumunun bayrağı altında keçirilən turnirlərdə iştirak edə bilməyəcəklər.
Xatırladaq ki, UEFA ilə yanaşı, FIFA da Rusiya yığmalarını və klublarını öz bayrağı altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb.